Modern.az

Bakıda böyük “Mall”lar bağlandı: Yalnız Park Bulvar işləyəcək - FOTO

Bakıda böyük “Mall”lar bağlandı: Yalnız Park Bulvar işləyəcək - FOTO

Aktual

3 İyul 2018, 20:45

Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi ticarət mərkəzlərinin fəaliyyətində də problem yaradıb. Modern.az xəbər verir ki, paytaxtın bütün böyük "mall"ları qapılarını müştərilərin üzünə bağlayıb. Bu gün axşam yalnız Park Bulvar müştərilərə xidmət göstərəcək.

 

Qeyd edək ki, "Mingəçevir İES-də baş verən qəzadan sonra bu gün axşam saatlarında Şimal Elektrik Stansiyası və Sumqayıt Elektrik Stansiyasında açılma olub. Bu səbəbdən paytaxt da daxil olmaqla ölkə ərazisinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

 

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, problemin tam şəkildə aradan qaldırılması üçün işlər görülməkdədir. Belə ki, “Azərenerji” ASC Rusiyadan alınan elektrik enerjisinin gücünü artırmaq üçün danışıqlar aparır.

 

Modern.az əməkdaşının bu dəqiqələrdə "Gənclik Mall"dan çəkdiyi foto:

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı