Modern.az

Güllələnən icra başçısı helikopterlə BAKIYA GƏTİRİLDİ

Güllələnən icra başçısı helikopterlə BAKIYA GƏTİRİLDİ

Aktual

3 İyul 2018, 23:38

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumla bağlı bəzi məqamlar aydınlaşıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində icra başçısı ağır yaralanıb. İcra başçısının polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

 

İcra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan helikopterllə Bakıya göndərilib.

 

Hadisə axşam saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

 

İlkin məlumatlara görə, o, Rusiya vətəndaşıdır. Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.

 

Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı