Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün böyük artım nümayiş etdirib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bitkoin 6,6 min dollar həddini keçib.
"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 5,06% ucuzlaşaraq 6 654 dollar təşkil edib.
Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 7,29% və ya 481,96 dollaradək bahalaşıb, "Ripple" 11,66% (0,51 dollara qədər), "Bitcoin Cash" 11,33% (813,11 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 275,52 milyard dollar təşkil edir və bunun 41,4 faizi bitkoinin payına düşür.