Modern.az

Elmar Vəliyev danışdı: “Tezliklə iş başında olacağam”

Elmar Vəliyev danışdı: “Tezliklə iş başında olacağam”

Aktual

4 İyul 2018, 01:07

Güllə yarası alan Gəncə İcra Hakimiyyətinin başçı Elmar Vəliyev mediaya açıqlama verib. Modern.az xəbər verir ki, Real TV ilə  əlaqə yaradan Elmar Vəliyev Gəncədə müayinə və müalicə aldığını bildirib.

İcra başçısı ciddi narahatlığa əsas olmadığını deyib.

 

Elmar Vəliyev yüngül yaralandığını, tezliklə işinin başında olacağını bildirib və səhhətilə maraqlanan hər bir kəsə minnətdarlığını çatdırmağı xahiş edib.

 

 

Rəsmi məlumata görə, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəşlə yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı