Modern.az

Arvadının güllələyən ər, ərini bıçaqlayan arvad tutulub  

Arvadının güllələyən ər, ərini bıçaqlayan arvad tutulub   

Aktual

4 İyul 2018, 12:52

İyulun 3-də saat 2 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Elçin Cəfərov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə arvadı Ceyhunə Səfərovanı qətlə yetirib.

DİN-dən Modern.az-a verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Cəfərov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi tüfəng götürülüb. 

Faktla əlaqədar cinayət işi başlanıb.  

İyulun 3-də saat 19 radələrində Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Vüsalə Mirzəyeva evində münaqişəsi zəminində əri Maarif Osmanovu bıçaqla qətlə yetirib.
V.Mirzəyeva Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı