Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində qadına qarşı soyğunçuluq edərək aradan çıxmağa çalışan şəxs yaxalanıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, iyulun 3-də saat 10 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində bir nəfər Bakı şəhər sakini G.Əmiraslanovaya zor tətbiq edərək içərisində 145 manatı və sənədləri olan pulqabısını alaraq aradan çıxmağa çalışıb.
Ərazidə xidmət aparan 29-cu Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.