Modern.az

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı

Aktual

22 İyul 2018, 12:45

Azərbaycanlı hakimlər Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıblar.

Modern.az xəbər verir ki, iyulun 26-da Almatı şəhərində Qazaxıstanın “Kayrat” və Hollandiyanın “Alkmaar” klubları arasında keçiriləcək ilk qarşılaşmanı azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı