Modern.az

İlin  ikinci Ay tutulması başlayıb

İlin  ikinci Ay tutulması başlayıb

Aktual

27 İyul 2018, 23:22

2018-ci ilin  ikinci Ay tutulması başlayıb. Modern.az xəbər verir ki, bunun ən uzun müddət davam edən ay tutulması olduğu bildirilir.

Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq.

 

Direktor müavininin sözlərinə görə, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq və həmin tarixdə Mars-Yerqarşıdurması hadisəsi də baş verəcək.

 

X. Mikayılov qeyd edib ki, Ay tutulması Yerin ekvatorial zonasında baş verəcək: “Bu Ay tutulması mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək”.

 

Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı