Modern.az

“Avromed” işçi axtarır - ELAN

“Avromed” işçi axtarır - ELAN

Aktual

5 Oktyabr 2018, 17:13

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC əczaçılıq sahəsində təcrübəsi olan  mütəxəssisləri işə dəvət edir. 


Vəzifələr:

Beynəlxalq əczaçılıq bazarındakı nüfuzlu tərəfdaşlarla əlaqələr qurmaq və yüksək keyfiyyətli əczaçılıq məhsullarının ölkəyə idxalını təşkil etmək;

Yerli əczaçılıq bazarını araşdırmaq və ən çox tələb olunan məhsulların təhlilini aparmaq;

Xarici əczaçılıq bazarında baş verən yenilikləri mütəmadi olaraq izləmək;

İdxal olunan məhsulların ölkədə ən çox yayılan xəstəliklərlə əlaqələndirilməsini bacarmaq;

 

Tələblər:

Azərbaycan, rus və ingilis dillərini bilmək vacibdir.

Dərman vasitələrini və tərkiblərini bilmək (ümumi əczaçılıq biliklərinə sahib olmaq).

Tərəfdaş şirkətlərlə ünsiyyət qurmaq və danışıqlar aparmaq qabiliyyəti.

Keyfiyyətə nəzarət üzrə beynəlxalq tələblərin ilkin biliklərinə malık olmaq.

 

Əmək haqqı namizədin təcrübəsi, bilik və bacarıqlarına əsasən təyin olunacaq.

 

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına  31.10.2018-ci il tarixinədək göndərə bilərlər.

Elektron məktubun mövzu (subject, тема) hissəsində “Vakansiya” yazmaq tələb olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı