Modern.az

Qanunsuz ov edən 4 nəfər saxlanıldı

Qanunsuz ov edən 4 nəfər saxlanıldı

Aktual

5 Oktyabr 2018, 17:08

Ölkədə qanunsuz ov edən 4 nəfər barəsində inzibati protokol tərtib olunub.

Bu barədə Modern.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, sentyabrın 24-dən 30-dək olan müddətdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə Biləsuvar, Neftçala, İmişli rayonlarının ərazisində keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 4 nəfər barəsində inzibati protokol tərtib olunub, həmin şəxslərə 3100 manat cərimə tətbiq edilib.

Tədbirlər zamanı 1 ədəd ov tüfəngi də aşkar edilərək aidiyyəti üzrə Neftçala rayon Polis şöbəsinə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı