Modern.az

Tabor komandirlərinin toplanışı keçirilir - FOTO

Tabor komandirlərinin toplanışı keçirilir - FOTO

Aktual

5 Oktyabr 2018, 17:52

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə toplanışlar keçirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, toplanışda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

 

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!