“GUAM çərçivəsində iqtisadi əməkdaşlıq uğurla inkişaf etdirilir, lakin eyni zamanda iqtisadi potensialın yalnız 50 faizi istifadə olunur”. Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze Moldovanın paytaxtı Kişineu şəhərində GUAM-a üzv ölkələrin baş nazirlərinin görüşündən sonra keçirilmiş birgə mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, GUAM çərçivəsində daha effektiv iqtisadi məkan və nəqliyyat sistemi olmalıdır:
“GUAM-ın böyük iqtisadi potensialı var və təşkilata üzv ölkələr iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdırlar. Təşkilata üzv ölkələr əməkdaşlığın effektivliyini artırmaq üçün digər aspektləri də nəzərdən keçirəcək”.
M.Baxtadze bu istiqamətdə gələn ilin sonuna yaxın nəzərəçarpacaq nəticələrin əldə olunacağı və iqtisadi əməkdaşlıq sahəsində maneələrin aradan qaldırılacağına əminliyini ifadə edib.