Modern.az

"Bakı bu raketlərlə zərbə endirəcək" - Felgenhauer

"Bakı bu raketlərlə zərbə endirəcək" - Felgenhauer

Aktual

5 Oktyabr 2018, 23:51

Ermənistanla müharibə vəziyyətində "Polonez" və "Lora" raketləri Azərbaycanın hərbi aviasiyasında əsas yerləri tuta bilər. Modern.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhaur deyib.

 

Ekspertin sözlərinə görə, Dağlıq Qarabağda müharibənin bərpası vəziyyətində bu raketlər Azərbaycan tərəfinin istifadə edəcəyi əsas sistemlərə çevrilə bilər:

 

"Bunlar pilotları təhlükə qarşısında qoymur. Yəni, İsrail istehsalı olan raketlərin yüksək dəqiqliyi və çeşidi ilə strateji obyektlərə hücum etmək mümkündür. Bunlar artıq Azərbaycanın hərbi aviasiyasında var və çox mühüm hava hücumundan müdafiə sistemləridir".

 

Onun sözlərinə görə, "SPIKE-LR" rus krizantem sistemlərindən daha yaxşıdır: "Çünki bunlar yeni nəsil anti-tank sistemləridir. Onların istifadə qaydası "vurub unutmaq" adlanır. Məhsuldarlığı çox böyükdür.

 

Raketlər özlərini idarə edə bilirlər. Prinsipcə, bu raket başlıqları İsrail sistemləri vasitəsilə istifadə olunacaq. "SPIKE" bu sistemlərin ən yeni növü sayılmalıdır".

 

Felgenhaur Azərbaycan öz ordusunun bu sistemlərlə də gücləndirdiyini və müharibə vəziyyətində bunlarla itkilərin qarşısını ala biləcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı