Modern.az

Bakı sakininə küçədə bıçaqla hücum etdilər

Bakı sakininə küçədə bıçaqla hücum etdilər

Aktual

6 Oktyabr 2018, 11:44

Bakıda Füzuli rayon sakininə küçədə hücum edilib. Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

 

Füzuli rayon sakini, 1963-cü il təvəllüdlü Əliyev Alı Baxış oğlu ərizə ilə Nizami Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 4-də saat 14 radələrində rayonun Bəhruz Nuriyev küçəsi 71 ünvanının qarşısında özünü Namiq adı ilə təqdim edən şəxs digər naməlum şəxslə birlikdə onu bıçaqla hədələyərək əlindəki "Samsung -J2 Prima" markalı mobil telefonunu verməsini tələb ediblər.

 

A.Əliyev dərhal onlardan qaçdığı üçün quldurluq edən şəxslər ondan telefonu ala bilməyiblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı