Modern.az

FHN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

FHN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Aktual

6 Oktyabr 2018, 11:48

FHN Göygöldə baş verən qəza ilə bağlı məlumat yayıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Göygöl rayonunda “Shacman” markalı yük avtomobili 2 nəfərin üzərinə aşıb.

 

Hadisə yerinə cəlb olunmuş Gəncə Reqional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun meyitlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...