Modern.az

Azərbaycanın Kimya Qoşunları payız-qış mövsümünə keçdi

Azərbaycanın Kimya Qoşunları payız-qış mövsümünə keçdi

Aktual

6 Oktyabr 2018, 13:23

Kimya Qoşunlarının hərbi hissəsində silah və texnikanın payız-qış mövsümi istismarı şəraitinə keçidi təşkil olunub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, müxtəlif təlim nöqtələrində keçirilən məşğələnin əsas məqsədi xüsusi texnikalara mövsümi qulluq göstərilməsi zamanı hərbi qulluqçular tərəfindən görüləcək işlərin həcmini və ardıcıllığını praktiki şəkildə nümayiş etdirmək, eləcə də bu sahədə şəxsi heyətin bilik və bacarıqlarını artırmaq olub.

 

Hərbi hissənin sıra meydanı və parkında keçirilən məşğələdə texniki heyət məşğələ rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıqları yerinə yetirib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı