Modern.az

Evdən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Evdən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Aktual

6 Oktyabr 2018, 15:08

Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 4-də rayon ərazisindəki evlərin birindən 450 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sübhan Muxtarov saxlanılıb.

 

Araşdırmalar zamanı S.Muxtarovun əlavə olaraq 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...