Modern.az

Tsarukyan Paşinyana qarşı geniş ittifaq hazırlayır

Tsarukyan Paşinyana qarşı geniş ittifaq hazırlayır

Aktual

6 Oktyabr 2018, 15:41

“Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni oliqarx və milyonçu, Serj Sarkisyanın istefasından sonra baş nazir olmaq barədə Moskvanın təklifindəm imtina edən Qaqik Tsarukyan növbədənkənar seçkilərdə geniş tərkibli blokla iştirak üçün parlamentdənkənar siyasi qüvvələrlə intensiv danışıqlar aparacaq.

 

Bu barədə “Jamanak” qəzeti məlumat yayıb.

Bildirilir ki, Tsarukyan bu qüvvələri onunla birgə növbədənkənar seçkiyə getməyə razı salmağa çalışacaq: “Tsarukyanın özünə müttəfiq kimi baxdığı qüvvələr arasında İrs Partiyası, Erməni Milli Konqresi Partiyası, Erməni Ümummilli Konqresi, Andrias Qukasyan, Samvel Babayan, keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları kimi tanınmışlar olacaq. Tsarukyan həmçinin “Sasna Tsrer” Partiyasının əməkdaşlıqla bağlı təklifini də nəzərdən keçirməyi planlaşdırır. Çünki həmin qruplaşmanın bir çox üzvləri həbsdən məhz “Tsarukyan bloku” və şəxsən Qaqik Tsarukyanın verdiyi zəmanət nəticəsində azad olunublar”.

 

“Jamanak” onu da yazır ki, Tsarukyan Robert Koçaryanın bir nömrəli biznes ortağıdır, ancaq siyasi meydanda da onunla birləşib- birləşməyəcəyi hələ bilinmir. Lakin istənilən halda, hakimiyyətə gələrkən baş nazir Nikol Paşinyana dəstək verən “Çiçəklənən Ermənistan”ın indi ona qarşı olduğu artıq faktdır.

 

Virtualaz.org

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı