Modern.az

“Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması təqdirəlayiqdir

“Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması təqdirəlayiqdir”

Aktual

6 Oktyabr 2018, 14:59

Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması çox təqdirəlayiq hadisədir.

 

Bunu Modern.az-a saytına  millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd  edib ki, aviareys Rusiyada yaşayan soydaşlarımızın birbaşa Gəncə şəhərinə uça bilmələri üçün onların rahatlıqlarına xidmət edir və iqtisadi cəhətdəndə xeyirlidi.

 

Naqif Həmzəyev Rusiya aviaşirkətinin Gəncəyə aviareysləri Gəncə Beynəlxalq Hava Limanının potensialının maksimum istifadəsinə xidmət etməklə yanaşı Gəncə və Azərbaycanın Qərb bölgəsində turizmin inkişafına öz töhvəsini verəcəyini qeyd edib.O, bildirib ki, növbəti ildən Gəncə-İstanbul-Gəncə uçuşlarının sayının artırılması və Türk turistlərinin  Gəncəyə gəlmələrinin təşviq edilməsi üçün planlı işlərin həyata keçirilməsi də məni çox sevindirir.

 

2019- cu ildə Gəncə "Avropa idman şəhəri" adına laiq görüldüyünü, bununla  əlaqədar Nizami yurdunda  ilboyu beynəlxalq və yerli tədbirlər keçiriləcəyini, şəhərə gələn turistlətin sayının artacağını vurğulayan millət vəkili aviareyslərin əhəmiyyətini xüsusi ilə qeyd edib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı