Modern.az

20 gün əvvəl Gəncədə itkin düşən qadın Bakıda tapıldı

20 gün əvvəl Gəncədə itkin düşən qadın Bakıda tapıldı

Aktual

6 Oktyabr 2018, 17:14

Gəncədə itkin düşən qadın tapılıb.

 

Trend-in məlumatına görə, sentyabrin 15-də itkin düşən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 27, mənzil 18-də yaşayan, 1966-cı il təvəllüdlü Novruzova Məlahət Novruz qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları M.Novruzovanı Bakıda tapıblar.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayan Vidadi İsayev şikayət ərizəsi ilə polisə müraciət edərək, sentyabrın 15-də həyat yoldaşı, 1966-cı il təvəllüdlü Məlahət Novruzovanın evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...