Modern.az

32 milyon qurğuda “Google Chrome” dəstəklənməyəcək

32 milyon qurğuda “Google Chrome” dəstəklənməyəcək

Aktual

6 Oktyabr 2018, 21:07

"Google Chrome" brauzeri "Android 4.1 — 4.3 Jelly Bean" əməliyyat sistemlərində artıq dəstəklənməyəcək. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə IXBT portalı yazıb.

 

Əməliyyat sisteminin brauzeri dəstəkləyəcək ən köhnə versiyası "Android 4.4" olacaq.

 

Portal bu dəyişikliyin dəqiq nə zaman baş verəcəyini açıqlamayıb. Bununla belə, qeyd olunur ki, köhnəlmiş sistem "Android" bazasındakı qadcetlərdən cəmi 3,2 faizində istifadə olunur. Çünki hazırda istifadədə bu əməliyyat sistemi ilə işləyən cəmi 1 milyarda yaxın qurğu var. "Chrome"un dəstəklənməyəcəyi qadcetlərin sayı isə təqribən 32 milyon qurğu təşkil edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!