Modern.az

Bu ölkədə üç Çin vətəndaşı öldürüldü

Bu ölkədə üç Çin vətəndaşı öldürüldü

Aktual

6 Oktyabr 2018, 21:15

Mərkəzi Afrika Respublikasında (MAR) cinayətkar dəstə üzvləri üç Çin vətəndaşını öldürüb, birini ağır yaralayıblar. Modern.az xəbər xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, Sosso-Nakombo şəhərindən keçən çayda 4 Çin vətəndaşını gəzdirən qayıq aşıb. Qəzadan sonra qayığı idarə edən yerli sakin yoxa çıxıb. Anidən hadisə yerinə gələn cinayətkar dəstə üzvləri quruya çıxan çinlilərə atəş açıblar. Nəticədə 3 nəfər ölüb, biri ağır yaralanıb.

 

Çinin MAR-dakı səfiri baş nazir və daxili işlər naziri ilə görüşərək, hadisəni törədənlərin tapılmasını və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...