Modern.az

Suriyadakı partlayışda 2-si uşaq olmaqla, 5 nəfər öldü

Suriyadakı partlayışda 2-si uşaq olmaqla, 5 nəfər öldü

Aktual

6 Oktyabr 2018, 22:04

Suriyada törədilən partlayışda ölənlərin sayı 5 nəfərə çatıb. Modern.az xəbər verir ki, Türkiyə ilə sərhəddə yerləşən Azaz şəhərinin mərkəzində avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb. Hadisə nəticəsində daha 27 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaq olub.

 

Məlumata görə, partlayış yanacaqdoldurma məntəqəsində baş verib. Yaralılar Türkiyənin Kiliz şəhərindəki xəstəxanaya yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı