Modern.az

Gürcüstan Azərbaycan sərhəddində zəlzələ

Gürcüstan Azərbaycan sərhəddində zəlzələ

Aktual

7 Oktyabr 2018, 00:33

Gürcüstanın Azərbaycanla sərhədinə yaxın ərazidə zəlzələ olub. Modern.az “Report”a istinadən xəbər verir ki, 3,3 maqnituda gücündə yeraltı təkanlar ölkənin şərqində yerləşən Kaxetiya bölgəsində qeydə alınıb.

 

Seysmoloqların məlumatına görə, zəlzələ Bakı vaxtı ilə 18:48-də Dedoplistskaro şəhərindən 25 km cənub-şərqdə, Azərbaycanla sərhəddə yerləşən Zemo Xalatsani kəndinin 6-cı km-də baş verib.

 

Yeraltı təkanların mərkəzi yerin 40 km dərinliyində olub.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!