Modern.az

Əbülfəs Qarayev Mingəçevirdə şikayətləri dinləyəcək

Əbülfəs Qarayev Mingəçevirdə şikayətləri dinləyəcək

Aktual

9 Oktyabr 2018, 11:02

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin oktyabr ayının 17-də Mingəçevir şəhərində saat 11ºº-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində ( Mingəçevir şəhəri, 20 yanvar küçəsi 172 ) Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

 

Modern.az xəbər verir ki, vətəndaşlar nazirliyin [email protected]  elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı