Modern.az

Aşan mikroavtobusda yaralanan sərnişinlərdən biri öldü

Aşan mikroavtobusda yaralanan sərnişinlərdən biri öldü

Aktual

9 Oktyabr 2018, 12:23

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, oktyabrın 8-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi "Ford Transit” markalı mikroavtobusu aşırıb. Nəticədə sürücü və sərnişinləri - Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilib, Q.Salayeva orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır