Modern.az

AFFA "Qəbələ"ni cərimələyib

AFFA "Qəbələ"ni cərimələyib

Aktual

9 Oktyabr 2018, 13:22
AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 800 manat məbləğində cərimələyib.
 
Modern.az xəbər verir ki, buna səbəb komandanın baş məşqçisi Sənan Qurbanovun Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak etməməsidir. 

Komitə "Neftçi"nin futbolçusu Slavko Braliçi VII turda "Sabah"ı 2:0 hesabı ilə məğlub etdilkləri oyunda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırıb, klub isə 200 manat məbləğində cərimə olunub. 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı