Modern.az

Neft və Sənaye Universitetində vahid akademik test mərkəzinin təqdimatı keçirilib

Neft və Sənaye Universitetində vahid akademik test mərkəzinin təqdimatı keçirilib

Aktual

9 Oktyabr 2018, 18:35

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyi və “Microsoft Azerbaijan” şirkətinin dəstəyi ilə ölkənin bütün təhsil müəssisələrinin tələbələri üçün vahid akademik test mərkəzinin təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədov tərbirdə çıxış edərək universitetdə sözügedən mərkəzin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndirib.

 “ADNSU ilə “Microsoft Azerbaijan” arasında formalaşmış etibarlı tərəfdaşlıq münasibətləri bu gün açılan mərkəzin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyur. Mərkəz tələbə və müəllimlərə “Microsoft” məzmununa giriş və müvafiq sertifikasiya imtahanına hazırlaşmaq imkanı yaradacaq, bunun gənclərin peşəkarlığının artmasına və onların qlobal işçi bazarında rəqabətqabiliyyətliliklərinin yüksəlməsinə xidmət edəcək və respublika miqyasında bütün tələbələr üçün əlçatan olacaq”, - deyə Qasım Məmmədov qeyd edib.

Test mərkəzi çərçivəsində “Microsoft Imagine Academy” də fəaliyyət göstərir ki, burada müəllim və tələbə heyətinin tədrisi və sertifikasiyası üçün müəssisənin öz texnologiyaları və “Microsoft”un məhsulları əsasında müasir təhsil proqramları və resursları təqdim olunur. “Microsoft Imagine Academy”nin tədris proqramları elə təşkil olunub ki, tələbə və müəllimlər işəgötürənlər tərəfindən tanınan və gələcək karyera üçün lazım olan sertifikat və bacarıqları ardıcıl olaraq ala bilsinlər. Hazırda ölkənin 5 təhsil müəssisəsində “Microsoft”un analoji akademiyaları fəaliyyət göstərir.

“Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Təhsil Nazirliyi və “Microsoft Azerbaijan”ın şirkət üçün prioritet istiqamətlərindən olan təhsil sahəsinə verdiyi yeni töhfəyə şahidlik etməkdən məmnunuq. “Microsoft”un Azərbaycan üzrə Milli Planın əsas komponentlərinin ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası olmasını nəzərə alaraq, Azərbaycanda akademik vahid test mərkəzinin açılması olduqca əhəmiyyətli hadisədir”, - deyə “Microsoft Azerbaijan” şirkətinin biznesin inkişafı üzrə meneceri Emin Axundov bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı