Modern.az

“Gənclik”də iki maşın toqquşdu, qadın sürücü yaralandı

“Gənclik”də iki maşın toqquşdu, qadın sürücü yaralandı

Aktual

9 Oktyabr 2018, 19:38

Bakıda “Kia” ilə “Hyundai” markalı avtomobillər toqquşub.

 

Modern.az Trend-ə istinadən məlumatına görə, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında baş verib.

 

İlkin ehtimala görə, qəzaya səbəb “Hyundai” markalı avtomobilin ara məsafəni gözləməməsi olub.

 

Qeyd edək ki, “Kia” avtomobilinin sürücüsü qadın olub. Sürücünün vəziyyəti pisləşdiyindən qəza yerinə təcili tibbi yardım çağırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır