Modern.az

Ata və azyaşlı qızı yol qəzasında ağır yaralandı

Ata və azyaşlı qızı yol qəzasında ağır yaralandı

Aktual

9 Oktyabr 2018, 23:41

Cəlilabadda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Minik avtomobilinin "TIR" yük avtomobili ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Cavid Elman oğlu Qasımov və onun qızı, 5 yaşlı Lalə Cavid qızı Qasımova ağır xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyətinin kritik olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır