Modern.az

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - SƏBƏB

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - SƏBƏB

Aktual

10 Oktyabr 2018, 00:27

Gürcüstana qanunsuz yolla külli miqdarda mobil telefonlar keçirməyə cəhd edən iki Azərbaycan vətəndaşı saxlanılıb. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

 

Bildirilir ki, Tbilisi beynəlxalq hava limanında S.K. və A.X. adlı Azərbaycan vətəndaşlarından ümumi dəyəri 56,243.45 lari olan 31 ədəd bəyan edilməmiş mobil telefon aşkar olunub.

 

Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı