Modern.az

Rezidenturaya qəbul olan şəxslərin nəzərinə!

Rezidenturaya qəbul olan şəxslərin nəzərinə!

Aktual

10 Oktyabr 2018, 09:30

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslərin klinik bazalarda rezidentura səviyyəsində hazırlığına 10 oktyabr 2018-ci il tarixindən başlanılır.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmuş və qeydiyyatdan keçmiş şəxslər aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları klinik bazalara müraciət etməlidirlər:

 

• Şəxsiyyət vəsiqəsinin əsli və surəti

• Ali baza tibb təhsili haqqında diplomun əsli və surəti

• Tərcümeyi-hal

• Sağlamlıq haqqında arayış

 

• Hərbi bilet (mövcud olduğu halda)

• Əmək kitabçası (mövcud olduğu halda)

• Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)

• Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd

• Fotoşəkil 3 x 4 ölçüdə, 1 ədəd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı