Modern.az

İqtisadçı jurnalist: “Sadələşmiş vergi dərəcəsinin endirilmə təklifi yerli istehsalı artıracaq”

İqtisadçı jurnalist: “Sadələşmiş vergi dərəcəsinin endirilmə təklifi yerli istehsalı artıracaq”

Aktual

10 Oktyabr 2018, 10:23

İqtisadçı jurnalist Elçin Bayramlı hökumətin müşavirəsində vergilər nazirinin sadələşmiş vergi dərəcəsinin 2 dəfə azaldılmasının nəzərdə tutulduğu haqda çıxışına münasibət bildirərək, bunu müsbət addım hesab edib.

Modern.az-ın məlumatına görə, jurnalist ölkədə ilk növbədə kiçik sahibkarlığın dəstəklənməsinin vacibliyini önə çəkib:

“Bu, həm məşğulluq problemini həll edəcək, həm yerli istehsalı, həm də büdcəyə ödənişləri artıracaq. Sahibkarlarımız sərmayələrini daha aşağı vergi dərəcəsi olan Gürcüstana yox, öz ölkəmizə yatıracaqlar”. 

E.Bayramlının fikrincə, ƏDV-yə cəlb olunan dövriyyənin 200 mindən 400 minədək artıırlması da lazımdır, çünki manat iki dəfə ucuzlaşıb və əvvəlki 200 min hazırda 100 min manat dəyərindədir. 

“ƏDV-ni 20 faizə qaldırmaq olar, qoy çox qazanan çox vergi versin. Orta və iri sahibkarlığı dəstəkləməyə ehtiyac yoxdur, onlar özlərini inkişaf etdirmək üçün müvafiq maliyyə imkanlarına malikdirlər, lakin kiçik sahibkarlıqda bu imkan yoxdur”. 


Jurnalistin fikrincə, sosial-iqtisadi inkişafına qarşısında ən böyük əngəl də gömrükdür:

“Gömrükdəki soyğunçuluğun və korrupsiyanın qarşısı alınmalıdır. Ölkəyə idxal olunan malların gömrükdə malın həqiqi dəyərinin 2 qatı səviyyəsində statistik dəyərləndirilməsinə son qoyulmalıdır, çünki 1000 manatlıq malı gömrük 2000 manatlıq kimi qeyd edir, rüsumu da 2 qat artıq almış olur, onsuz da gömrük rusumü az qala 40 faizə çatır ki, bu da astronomik dərəcədir. 
Vergi də faktiki 1000 manatlıq mala görə 2000 manatlıq malın vergisini tələb edir. Nəticədə həm dövlət statistikasında səhv yaranır, həm də idxalçılar itirdikləri vəsaitləri malın üzərinə qoyub ölkədə süni bahalıq yaranmasına səbəb olurlar. Belə ki, xaricdən 1 manata alınan mal gömrükdən keçərkən 2 manata başa gəlir, vergidən sonra 3 manata, karqo və s. xərclərlə birgə 4 manata, idxalçı da 5 manata satır. Demək xaricdə 1 manata alınan mal ölkədə azı 5 manata satılmalıdır.
Yəni, gömrük bu gün büdcəyə 5 manat artıq qazandırmaqla sabahkı 25 manatın qazanıllmasını əngəlləyir. Üstəlik, ölkədə süni bahalıq yaranmasına səbəb olur!".


E.Bayramlı deyir ki, respublikaya istehsal avadanlıqlarının gətirilməsinə qanunla güzəşt var, amma faktiki olaraq gömrükdən hər hansı bir dəzgahı rüsumsuz keçirmək mümkün deyil:

“Qanunun bu tələbinə əməl edilməsi təmin olunsa, ölkəyə xeyli istehsal avadanlıqları gətirilər və biz xaricə xammal yox, daha çox hazır məhsul, ən azı yarılmfabrikatlar satıb dəfələrlə daha çox qazanarıq.
Görünən odur ki, hökumət bu iqtiqamətdə iş aparır, lakin bu islahatları sürətləndirməyə, tezləşdirməyə ehtiyac var.
Bu addımlar atıldıqdan sonra ölkədə sürətli iqtisadi inkişaf başlayacaq, bir nəfər işsiz qalmayacaq, respublikada bolluq və ucuzluq yaranacaq, büdcəmizə də daha çox vəsait daxil olacaq”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı