Modern.az

Bakı Ali Neft Məktəbində III Avrasiya konfransı keçiriləcək

Bakı Ali Neft Məktəbində III Avrasiya konfransı keçiriləcək

Aktual

10 Oktyabr 2018, 10:45

Bakı Ali Neft Məktəbində (BANM)Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər və Mərkəzi Asiya regionunun enerji sənayesində  qlobal inkişafın nəticələri” mövzusunda III Avrasiya konfransı keçiriləcək.

Modern.az xəbər verir ki, 18-20 oktyabr tarixlərində baş tutacaq konfrans BANM-ın təşkilatı dəstəyilə həyata keçirilir.

Konfransda Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar: tələb və təklif troblemi,  enerji bazarları və tənzimləmə, elektrik enerjisi təchizatının dayanıqlığı, Avrasiyada enerji səmərəliliyi: Ənənəvi enerji, alternativ enerji və istilik təchizatı, təbii qazdan istifadə: İnnovasiyalar və sənayenin inkişafıkimi mövzulara toxunulacaq.

Konfransda nüfüzlu beynəlxalq təşkilat və şirkətlərlə yanaşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin,SOCAR-ın, Bakı Ali Neft Məktəbinin, BP-nin, “Cənub Qaz Dəhlizi“ QSC-ninvə digər müəssisə və şirkətlərin rəhbərlərinin iştirakı nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı