NATO-nun “Qətiyyətli Dəstək” missiyasında xidmət edən qoşunların müntəzəm əvəzlənmə çərçivəsində bu yaxınlarda Əfqanıstana yola düşən Azərbaycan hərbi heyətinə uğurlar arzulayırıq.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi özünün “Facebook” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Azərbaycan sülhməramlılarının NATO-nun Əfqanıstandakı əməliyyatlarında iştirakı NATO ilə Azərbaycan arasındakı əməkdaşlığın mühüm tərkib hissəsidir. Səfirlik Əfqanıstanın dinc gələcəyinə doğru yönəldilmiş öhdəliyinə görə Azərbaycana təşəkkür edib.