Modern.az

Bakıda şagird məktəbdə gözyaşardıcı qaz buraxdı

Bakıda şagird məktəbdə gözyaşardıcı qaz buraxdı

Aktual

10 Oktyabr 2018, 12:38

Bu gün səhər saatlarında 76 nömrəli tam orta məktəbdə hadisə baş verib.

 

Modern.az xəbər verir ki, məktəbdən “Qafqazinfo”ya bildirilib ki, şagirdlərdən biri dəhlizdə gözyaşardıcı qazdan istifadə edib:

 

“Saat 10:30 radələrində, tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. 

 

Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyə olunub. Şagirdlərə ilkin tibbi yardım göstərilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı