Oktyabrın 10-da Kosta-Rika Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Jairo Lopez Azərbaycan Tərcümə Mərkəzində olub.
Görüşdə Mərkəz tərəfindən müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş ispandilli ədəbiyyat nümunələrindən söz açılıb, Azərbaycan-Kosta-Rika ədəbiyyatları arasında görüşlərin qurulması, Azərbaycan ədəbiyyatının Latın Amerikasının ispandilli ölkələrində tanıdılması və təbliği işinin təşkilinə dair bir sıra məsələlər müzakirə edilib.