Modern.az

“Küçə heyvanları sahibsiz deyil” - Bakı gənclərindən yeni çağırış gəldi

“Küçə heyvanları sahibsiz deyil” - Bakı gənclərindən yeni çağırış gəldi

Aktual

10 Oktyabr 2018, 14:10

"Education HUB"ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir.
 

Proqram zamanı gənclər tərəfindən həyata keçirilən müxtəlif təşəbbüslərdən biri də "Real Əfsanələr" adlanır. Gənclər “Sahibsiz küçə heyvanlarına qarşı olan biganəlik hissinin azaldılması və himayəyə götürülməsi” mövzusunda maarifləndirici seminarlar silsiləsinə başlayıbr.

Modern.az
-ın məlumatına görə, Azərbaycan Tələbə Gənlər Təşkilatı İttifaqının ofisində gerçəkləşən seminarda iştirakçılara sahibsiz küçə heyvanları ilə düzgün ünsiyyət formaları, onlara düzgün şəkildə yardımın edilməsi, empati, sahibsiz küçə heyvanları günü və dünyadakı sahibsiz küçə heyvanlarına qarşı edilən biganəliyin azaldılması yolunda atılacaq addımlar müzakirə edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı