Modern.az

“Yuventus”un gənc “futbolçusunun” yalanı üzə çıxdı – FOTO  

“Yuventus”un gənc “futbolçusunun” yalanı üzə çıxdı – FOTO   

Aktual

10 Oktyabr 2018, 20:54

19 yaşındakı Meksikalı Dionicio Farid Rodriguez, özünü "Yuventus"un futbolçusu kimi tanıdaraq Argentina və Meksika mətbuatını aldatmağı bacardı. Modern.az xəbər verir ki, gerçəyin ortaya çıxması ilə 16 min izləyicisi olan İnstagram hesabını bağlayıb yoxa çıxan gənc meksikalı, hadisələrin əvvəlində hər kəsi aldatmaq üçün müdhiş bir plan hazırlayıb.

 

Belə ki, "Yuventus" forması ilə müxtəlif məkanlarda şəkil çəkdirən Rodriguez, bununla da kifayətlənməyib. O, "Yuventus"un gənc Portuqaliyalı futbolçusu  Joao Serraonun fotoşəkillərini Fotoşopla dəyişdirərək öz şəkli kimi göstərib. O, həm də yığılmış video hazırlayıb.

 

Gəncin saxta karyerası  "Yuventus" tərəfindən aşkarlanıb və onu transfer etmək istəyən "Pumas" klubuna oyunçunun saxta oyunçu olması ilə bağlı xəbərdarlıq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı