Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Aktual

10 Oktyabr 2018, 23:20

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 86,49 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,21 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 85,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 9-da 82,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,24 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 9-da 85,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı