Modern.az

İlahiyyat İnstitutu bu vəzifələr üzrə işçi AXTARIR

İlahiyyat İnstitutu bu vəzifələr üzrə işçi AXTARIR

Aktual

11 Oktyabr 2018, 09:59

 Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib.

 

Modern.az xəbər verir ki, müsabiqənin keçirilmə müddəti bir aydır. Müsahibə noyabrın 8-dən dekabrın 8-dək (hər iki tarix daxil olmaqla) davam edəcək.

 

Vakant yerlər aşağıdakılardır:

 

“İlahiyyat” fakültəsinə dekan;

“İslamşünaslıq”, “Dinşünaslıq” və “Dillər və ictimai fənlər” kafedralarına müdir;

Ərəb dili müəllimi - 0,5 yer;

Ərəb dili müəllimi - 1 yer;

Xarici dil (ingilis dili) müəllimi - 0.5 yer;

Xarici dil (ingilis dili) müəllimi - 0,5 yer;

Din fəlsəfəsi müəllimi - 0,5 yer;

Din fəlsəfəsi müəllimi - 0,5 yer;

Din sosiologiyası müəllimi - 1 yer;

Hədis, islam əxlaqı müəllimi - 0,5 yer;

Kəlam müəllimi - 0,5 yer.

Namizədlərin müvafiq ixtisasın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və elmi dərəcələri, ən azı, 5 il elmi-pedaqoji təcrübəsi olmalıdır. Sənədlər elan dərc olunduqdan sonra 1 ay müddətində qəbul edilir.

Qeyd edək ki, namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti ləngidikdə sənədlərin qəbulundan imtina olunur. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı