Modern.az

Bu ölkədə ölüm hökmü ləğv olunur

Bu ölkədə ölüm hökmü ləğv olunur

Aktual

11 Oktyabr 2018, 11:22
Malayziya yaxın vaxtlarda ölüm hökmünü ləğv edəcək.
 
 
Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin Administrasiyası məlumat yayıb.
 
 
Baş nazir Administrasiyasının rəhbəri Liu Vui Keonq bildirib ki, Nazirlər Kabineti ölüm hökmünün ləğvi haqqında layihəni təsdiqləyərək, parlamentə göndərib.
 
 
Onun sözlərinə görə, parlamentin Aşağı Palatası "Edam hökmünün ləğvi haqqında” qanun layihəsinə oktyabrın 15-də keçiriləcək növbəti iclasında baxacaq. Baş nazir Administrasiyasının rəhbəri qeyd edib ki, qanun layihəsi müzakirə olunan ərəfədə edam hökmlərinin icrasına moratorium qoyulması vacibdir.
 
 
Qeyd edək ki, Malayziyada ölüm hökmü dar ağacından asmaqla icra olunur.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı