Modern.az

Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçdi

Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçdi

Aktual

13 Oktyabr 2018, 15:54

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar 20-ci sahə yolindakı sürüşmə təhlükəsinin artması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublkia Seysmoloji Xidmət Mərkəzi (RSMX) həmin ərazidə tədqiqat işlərini genişləndirib.

Bu haqda Modern.az-a RSMX-dan bildirilib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirlmiş iş rejimində işləyirlər.

Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.

 

Aysel ASLAN 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı