Modern.az

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

Aktual

15 Oktyabr 2018, 18:14

Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Modern.az-a verilən məlumata görə, faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.

RPŞ-də araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı