Modern.az

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

Aktual

15 Oktyabr 2018, 18:29

Azərbaycan Prezidenti İlham Əliyev Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən Lerik şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı