Modern.az

Rayonlarda sərnişin avtobusları yenilənir

Rayonlarda sərnişin avtobusları yenilənir

Aktual

24 Oktyabr 2018, 17:15

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.

 

Modern.az xəbər verir ki, bunu DANX-nin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

 

Onun sözlərinə görə, artıq Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir. Sabahdan həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı