Modern.az

Neft UCUZLAŞIR: “Bu, qolobal iqtisadi böhran riskidir”

Neft UCUZLAŞIR: “Bu, qolobal iqtisadi böhran riskidir”

Aktual

25 Oktyabr 2018, 10:44

Proqnozlaşdırıldığı kimi, neftin dünya bazar qiymətində azalma müşahidə edilməkdədir.

 

Bu barədə Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

 

Onun sözlərinə görə, son 2 gündə “qara qızıl” 5 faizdən çox dəyər itirib:

“Neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadiyyatı üçün sağlam hesab edilməyən yüksək qiymətlər fonunda qlobal iqtisadi böhran riskidir. Bununla belə, Səudiyyə Ərəbistanın enerji nazirinin son açıqlamasından sonra birjalarda sözügedən ölkə ətrafındakı gərginliyin qiymətləri yüksəltməyəcəyi əminliyinin formalaşması da az təsirsiz ötüşmədi. Buna paralel olaraq, Amerika Neft İnstitutu isə Birləşmiş Ştatlarda hasilatı artması barədə açıqlama yaydı. Digər tərəfdən, BP rəhbəri də nefti 1 barelinin məqbul qiymətini 60-65 dollar intervalında görür”.

 

Ekspert bildirib ki, neft bazarı İrana tətbiq edilən yeni sanksiyaların da psixoloji və iqtisadi təsirlərinə adaptasiya olunub:

 

“Deməli, neftin qiyməti yenidən 60 dollaradək azalarsa, bu heç də təəccüb yaratmamalıdır. Nəinki istehlakçılar, hətta istehsalçılar da “bahalı neft dövrünün” başlanmasında maraqlı görünmür. Birjalar “neft şokunun” təkrarlanmasında həvəsli deyil. Bu isə o deməkdir, neft bumu dövrü bütün anlamlarda geridə qaldı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı