Modern.az

Həmsədrlər Paşinyanla müzakirə apardı

Həmsədrlər Paşinyanla müzakirə apardı

Aktual

29 Oktyabr 2018, 22:16

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik Yerevana səfər çərçivəsində Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanla görüşüblər.  Modern.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupu missiyasının beynəlxalq ictimaiyyətin mandatına malik yeganə format olduğunu qeyd edib.

 

Tərəflər Düşənbə şəhərində Əliyev-Paşinyan görüşü və orada əldə edilmiş razılaşmalar barədə fikir mübadiləsi aparıblar.

 

Paşinyan sülh prosesinə uyğun atmosferin formalaşmasına imkan yaradacaq razılaşmalara və onların səmərəli reallaşdırılmasına riayət olunmasının əhəmiyyətini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır