Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbul günləri açıqlanıb.
Modern.az-ın məlumatına görə, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.
| Mərkəzi icra hakimiyyəti orqanı | Qəbul günü | Qəbulun keçirildiyi şəhər | Əhatə olunan şəhər və rayonlar |
| Ceyhun Bayramov Təhsil naziri | 05 | Saatlı | Saatlı, Şirvan, Sabirabad, İmişli |
| Fikrət Məmmədov Ədliyyə naziri | 08 | Balakən | Balakən, Zaqatala, Qax |
| Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi | 15 | Masallı | Masallı, Cəlilabad, Biləsuvar |
| Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri | 16 | Şəmkir | Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax |
| Ramin Quluzadə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri | 16 | Bərdə | Bərdə, Yevlax, Tərtər, Ağdam |
| Oqtay Şirəliyev Səhiyyə naziri | 16 | Tərtər | Tərtər, Bərdə, Goranboy, Ağdam |
| Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri | 16 | Xızı | Xızı, Sumqayıt, Abşeron, Siyəzən, Qubadlı, Zəngilan, Şuşa |
| İnam Kərimov Kənd təsərrüfatı naziri | 17 | Tərtər | Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Laçın |
| Zakir Qaralov Baş prokuror | 23 | Tərtər | Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın, Xocavənd |
| Azad Rəhimov Gənclər və idman naziri | 23 | Göyçay | Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Kürdəmir, Ucar, Zərdab, Ağsu |
| Şahin Mustafayev İqtisadiyyat naziri | 23 | Ağstafa | Ağstafa, Qazax, Tovuz |
| Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri | 23 | Salyan | Salyan, Şirvan, Sabirabad, Saatlı |
| Ramil Usubov Daxili işlər naziri | 24 | Sumqayıt | Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan |
| Mikayıl Cabbarov Vergilər naziri | 26 | Lənkəran | Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar |
| Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri | 27 | İmişli | İmişli, Saatlı, Sabirabad, Beyləqan, Xocavənd |
| Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri | 30 | Tovuz | Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux |
| Əbülfəs Qarayev Mədəniyyət naziri | 30 | Cəlilabad | Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı |
| Kəmaləddin Heydərov Fövqəladə hallar naziri | 30 | İmişli | İmişli, Saatlı, Sabirabad, Hacıqabul |
| Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri | 30 | Sumqayıt | Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Qubadlı |
| Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri | 30 | Quba | Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən |