Modern.az

Bakının mərkəzində restoran yandı

Bakının mərkəzində restoran yandı

Aktual

30 Oktyabr 2018, 19:20

Səbail rayonunda ticarət mərkəzi kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildiriblər ki, yanğın binanın zirzəmisində ümumi sahəsi 150 kvadratmetr olan restoranda qeydə alınıb. Hadisə nəticəsində restoranın 30 kvadratmetri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır